
Vinisius 5 ildə 100 milyon avro qazanacaq
“Real” iyul ayında hücumçu Vinisius Juniorla müqavilə müddətini uzadacaq.
Komanda.az AS nəşrinə istinadən xəbər verir ki, Madrid klubu iyunun əvvəlində braziliyalı futbolçu ilə yeni müqavilə imzalamağı planlaşdırsa da, məsələni Klublararası dünya çempionatının sonuna qədər təxirə salıb.
Vinisius beş il ərzində ümumilikdə 100 milyon avro qazanacaq. Onun ilk mövsümdə maaşı 20 milyon avrodan az olsa da, sonrakı mövsümlərdə tədricən artacaq. O, ildə 15 milyon avro qazanan Kilian Mbappeni qabaqlayaraq, komandanın ən çox qazanan oyunçusu olacaq.
Daha əvvəl “Real”ın Vinisiusla 2030-cu ilə qədər olan müqavilə imzalamağa yaxın olduğu bildirilib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin