
“Real” Vaskeslə bağlı qərar verib
Lukas Vaskes “Real”dan ayrılmağa yaxındır.
Komanda.az “Todofichajes”-ə istinadən xəbər verir ki, “kral klubu”nun rəhbərliyi 33 yaşlı müdafiəçi ilə müqaviləni yeniləməmək qərarına gəlib.
Vaskeslə iki klub maraqlanır. “Sevilya” və Səudiyyə Ərəbistanının “Əl-Qadisiya” klubu onu transfer etmək istəyir.
Vaskes 2015-ci ilin yayından “Real”da çıxış edir. Tərəflər arasında hazırkı sözləşmənin müddəti bu ilin iyununun sonunda başa çatacaq.
İspaniyalı oyunçu bu mövsüm La Liqada 25 oyun keçirib, 1 qol vurub və 4 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin


