
“Real” “Valensiya”nın oyunçusuna göz dikib
“Valensiya”nın müdafiəçisi Kristian Mosquera La Liqanın başqa klubuna keçə bilər.
Komanda.az “Todofichajes”-ə istinadən xəbər verir ki, ispaniyalı futbolçunun transferində “Real” maraqlıdır. “Kral klubu” David Alaba və Eder Militaonun zədələri səbəbindən müdafiə xəttini gücləndirmək istəyir.
20 yaşlı müdafiəçinin “Valensiya” ilə müqaviləsi 2026-cı ilin ortalarına qədərdir.
“Real” İspaniya çempionatının 4 turundan sonra 8 xalla turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin