“Real” “Valensiya”nın müdafiəçisinə göz dikib

“Valensiya”nın müdafiəçisi Kristian Moskera karyerasını İspaniyanın başqa klubunda davam etdirə bilər.

Komanda.az “Todofichajes”-ə istinadən xəbər verir ki, “Real” 20 yaşlı futbolçunun xidmətində maraqlıdır.

“Kral klubu” yay transfer pəncərəsində ispaniyalı futbolçunu heyətinə qatmağa cəhd edə bilər.

Moskeranın bazar dəyəri 30 milyon avro qiymətləndirilir və onun “yarasalar”la müqaviləsinin müddəti 2026-cı ilin iyun ayının sonuna qədərdir. O, İspaniya çempionatının cari mövsümündə 23 oyun keçirib, 1 qol vurub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button