
“Real”la fransızlar arasında narazılıq yaranıb – Azərbaycanla matçdan sonra
“Real” klubu Fransa millisinin Azərbaycan yığmasıyla oyununda (3:0) hücumçu Kilian Mbappenin topuq biləyindən aldığı zədədən narazıdır.
Komanda.az “Marca”-ya istinadən xəbər verir ki, “Real”ı narazı salan futbolçunun demək olar ki, bütün oyunu oynamasıdır:
“Real”ın Mbappenin Fransa millisində oynayacağı dəqiqələrin sayı ilə bağlı razılaşmaya bənzəyən heç nə yox idi. Amma təəccüblüdür ki, o, demək olar ki, bütün matçı keçirdi”.
Hücumçu daha əvvəl ayaq biləyindən zədə alıb və bu, onu bütün həftə məşqini dayandırmağa məcbur edib. Ancaq o, dünən əvəzlənmədən əvvəl 80 dəqiqədən çox oynayıb.
Oktyabrın 10-da “Park de Prens”də Fransa – Azərbaycan oyunu keçirilib. Meydan sahibləri 3:0 hesabı ilə qalib gəliblər. Mbappe matçda bir qol vurub.
Bizi Facebook-da izləyin



