“Real”ın Aleksander-Arnoldla bağlı planı var
“Real” ümid edir ki, müdafiəçi Trent Aleksander-Arnold iyunun 15-dən iyulun 13-dək keçiriləcək klublararası dünya çempionatının startı üçün komandaya qoşula biləcək.
Komanda.az “Relevo”-ya istinadən xəbər verir ki, “Real” klublararası dünya çempionatı başlamazdan əvvəl heyətlə bağlı məsələni həll edə bilməsi üçün FİFA-nın transfer pəncərəsini iyunun 1-dən 10-a kimi açmaq qərarından yararlana bilər.
Madridlilər Trentin bütün turniri “Real”la keçirə bilməsi üçün onun transferini iyunun əvvəlində tamamlamaq variantını nəzərdən keçirirlər.
26 yaşlı futbolçunun “Liverpul”la hazırkı müqaviləsi bu ilin iyunun 30-da başa çatacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin