
Uilyams daha bir klubun hədəfinə çevrilib
İspaniya millisinin və “Atletik”in vingeri Niko Uilyams “Real”a keçə bilər.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Madrid klubu, braziliyalı futbolçu Vinisius Junior Səudiyyə Ərəbistanına köçmək qərarına gələrsə, onu əvəzləməyi düşünür. “Kral klubu” Uilyamsla uzun müddətdir maraqlanan “Barselona” ilə mübarizəyə girə bilər.
22 yaşlı futbolçunun “Atletik”lə müqaviləsi 2027-ci ilin iyun ayının sonunda başa çatacaq. O, İspaniya çempionatının son mövsümündə 29 oyun keçirib, 5 qol vurub və 5 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



