Uilyams “Real”a keçəcək?

“Atletik”in vingeri Niko Uilyamsın “Real”a keçidi baş tutmayacaq.

Komanda.az xəbər verir ki, bu barədə tanınmış jurnalist Xoakın Maroto məlumat yayıb.

O, daha əvvəl “Real”ın Uilyamsa maraq göstərməsi ilə bağlı xəbərlər yayan “Marca” nəşrindən olan həmkarına hörmətlə yanaşdığını bildirib. Ancaq bu məlumatların həqiqəti əks etdirmədiyini və hazırda 22 yaşlı futbolçunun transferinin “kral klubu”nun gündəmində olmadığını deyib.

İspaniyalı futbolçu cari mövsümdə bütün turnirlərdə ümumilikdə 44 oyunda iştirak edib, 11 qol vurub və 7 məhsuldar ötürmə verib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button