“Real” üçün yay transfer pəncərəsi bağlandı

“Real” bu yay transfer pəncərəsində artıq yeni futbolçu almayacaq.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “kral klubu”nun rəhbərliyi hesab edir ki, komanda tam formalaşıb və avqustda yeni transfer gözlənilmir.

Amma bu qərar baş məşqçi Xabi Alonsonun planlarına ziddir. İspaniyalı mütəxəssis heyəti ən azı bir yarımmüdafiəçi və bir mərkəz müdafiəçisi ilə gücləndirmək istəyirdi. Ancaq indi o, yalnız mövcud heyətlə işləməli olacaq.

“Real” bu yay aşağıdakı oyunçuları transfer edib:

Din Heysen, Alvaro Karreras, Trent Aleksander-Arnold.

Yaxın günlərdə komandaya Franko Mastantuono da qoşulacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button