“Real” tələsmir – Vinisiusla bağlı qərarını açıqlamağa
“Real” hücumçusu Vinisius Juniorla müqaviləni uzadıb.
Komanda.az İspaniya mətbuatına istinadən xəbər verir ki, 21 yaşlı braziliyalı ilə 2027-ci ilin yayına qədər nəzərdə tutulan yeni müqavilə imzalanıb. Madrid klubu hələ ki, futbolçu ilə yeni müqavilə bağlandığını açıqlamaq istəmir.
Vinisius ötən mövsüm bütün turnirlərdə 52 oyuna çıxıb, 22 qol vurub və 20 məhsuldar ötürmə verib. Onun “kral klubu” ilə hazırkı müqaviləsi 30 iyun 2024-cü ilə qədərdir.
Bizi Telegramda izləyin
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin