
“Real” tələsir
“River Pleyt” yarımmüdafiəçi Franko Mastantuononun komandadan ayrılmasını təxirə salmaq üçün əlindən gələni edir. “Real” isə transferin dərhal baş tutmasında israr edir. Baş məşqçi Xabi Alonso 17 yaşlı futbolçunu qarşıdan gələn Klublararası dünya çempionatında heyətdə görmək istəyir. Mastantuononun özü də çoxdan arzusunda olduğu kluba keçidi ləngitmək istəmir.
Komanda.az “El Larguero”-ya istinadən xəbər verir ki, “River Pleyt” argentinalı oyunçunu nə avqustda 18 yaşı tamam olanda, nə də yay fasiləsində buraxmaq niyyətindədir. Klub onu yanvara kimi – Libertadores kubokunun pley-off mərhələsinə qədər saxlamaq istəyir.
Argentina klubu bu strategiyanı daha əvvəl Xulian Alvares və Klaudio Eçeverri ilə də uğurla tətbiq edib. Hər iki futbolçunu “Mançester Siti” transfer etmişdi.
Mastantuononun “Real”a keçidinin 45 milyon avro dəyərində qiymətləndirildiyi bildirilir.
Bizi Facebook-da izləyin



