“Real” “Arsenal”la matçlardan əvvəl “sağalmalıdır” – Sabiq futbolçu

“Real”ın sabiq müdafiəçisi Pepe Madrid klubunun hazırkı UEFA Çempionlar Liqasındakı şansları ilə bağlı fikirlərini bölüşüb.

Komanda.az AS nəşrinə istinadən xəbər verir ki, o, bunu deyib:

“Real” turnirlərdə sırf qələbə üçün oynayır. Komanda “Atletiko” ilə qarşıdurmada hər şeyini verdi və “Arsenal”la matçlardan əvvəl “sağalmalıdır”. “Real” heç vaxt silinə bilməz! Bu komanda həmişə sona qədər mübarizə aparır”.

Çempionlar Liqasının 1/8 finalında “Real” “Atletiko”nu ümumi hesabda məğlub edib. 1/4 finala vəsiqənin taleyi penaltilər seriyasında həll olunub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button