
“Real” daha bir türk futbolçunu transfer edə bilər
“Real” Tibo Kurtuanın yerinə “Trabzonspor”un qapıçısı Onuralp Çevikkanı transfer etmək istəyir.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “kral klubu” 18 yaşlı türkiyəli futbolçunu zədəli, bu mövsüm meydanda olmayan belçikalı qolkiperə uyğun əvəzedici hesab edir. “Real” rəhbərliyi komandanı gəncləşdirmək niyyətindədir.
Daha bir türkiyəli futbolçu – Arda Gülər ötən yay “Fənərbaxça”dan “Real”a keçmişdi.
Kurtuanın klubla müqaviləsi 2026-cı ilin yayına qədərdir.
“Real” La Liqanın 33 turundan sonra 84 xalla turnir cədvəlinin 1-ci pilləsində qərarlaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin