
“Real” ingiltərəli futbolçu ilə 5 illik müqavilə bağlayacaq
“Real” İngiltərə millisinin və “Liverpul”un müdafiəçisi Trent Aleksander-Arnoldla 5 illik müqavilə üzrə razılığa gəlib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “kral klubu” ingiltərəli futbolçunun transferini rəsmiləşdirmək üçün sənədləşmə işlərini hazırlayır.
Daha əvvəl mediada yayılan xəbərlərə əsasən, Aleksander-Arnold yay transfer pəncərəsində azad agent kimi “Real”a qoşulacaq. “Liverpul”un yetirməsinin hazırkı klubu ilə müqaviləsinin müddəti bu ilin iyununda başa çatacaq. O, bu gün Premyer Liqa klubundan ayrılacağını rəsmi şəkildə elan edib.
“Real”ın digər planı isə Trentin 2025-ci ildə keçiriləcək Klublararası dünya çempionatından əvvəl komandaya qoşulmasıdır. Bu turnir 15 iyun-13 iyul tarixlərində ABŞ-da keçiriləcək.
Bizi Facebook-da izləyin



