
“Real” Aleksander-Arnolda alternativ tapıb
“Tottenhem”in müdafiəçisi Pedro Porro karyerasını İspaniya çempionatında davam etdirə bilər.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “Real” ispaniyalı futbolçu ilə maraqlanır. Madrid klubu Porronu “Liverpul”un müdafiəçisi Trent Aleksander-Arnolda alternativ kimi nəzərdən keçirir. İngilis futbolçu ilə bağlı razılaşma baş tutmasa, “Real” diqqətini Porroya yönəldəcək.
25 yaşlı müdafiəçinin “Tottenhem”lə müqaviləsi 2028-ci ilin iyunun sonuna kimidir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin