“Real” braziliyalı futbolçu ilə yeni müqavilə imzalamayacaq
“Real” ikinci komandası olan “Kastilya”da icarə əsasında çıxış edən “Şaxtyor”un (Donetsk) müdafiəçisi Vinisius Tobiasla müqavilə imzalamayacaq.
Komanda.az AS nəşrinə istinadən xəbər verir ki, “Real” braziliyalı futbolçunu Dani Karvahalın əvəzləyicisi olaraq görürdü. Lakin Lukas Vaskeslə müqavilənin uzadılmasından sonra Tobiasın əsas komandaya düşmək şansı qalmayıb.
Tobias 2022-ci ilin yayında “Şaxtyor”dan icarəyə götürülüb. O, bu müddət ərzində “Real”ın ikinci komandasında 59 oyun keçirib. 20 yaşlı müdafiəçinin icarəsi 2024-cü ilin yayına qədər qüvvədədir və böyük ehtimalla, o, “Şaxtyor”a qayıdacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin