“Real” fransalı futbolçu ilə bağlı qərar verib

Orelyen Tçuameni “Real”ı tərk edə bilər.

Komanda.az “Todofichajes”-ə istinadən xəbər verir ki, “kral klubu”nun rəhbərliyi sərfəli təklif alınacağı təqdirdə, fransalı yarımmüdafiəçini satmaq variantını nəzərdən keçirməyə hazırdır.

24 yaşlı futbolçunun bazar dəyəri 100 milyon avrodur və onun “Real”la müqaviləsi 2028-ci ilin yayında başa çatacaq.

Tçuameni İspaniya çempionatının cari mövsümündə 10 oyun keçirib, qol vurmayıb. Madrid klubu hazırda La Liqanın turnir cədvəlində “Barselona”dan 6 xal geri qalaraq, 2-ci pillədə qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button