“Real” PSV-nin müdafiəçisi ilə maraqlanır
PSV-nin müdafiəçisi Olivye Boskaqli karyerasını İspaniya çempionatında davam etdirə bilər.
Komanda.az “Cadena Ser”-ə istinadən xəbər verir ki, fransalı futbolçu ilə “Real” maraqlanır. “Kral klubu” “Bayer”dən (Leverkuzen) almaniyalı müdafiəçi Conatan Ta ilə anlaşa bilməsə, Boskaqliyə üz tutacaq.
26 yaşlı futbolçunun Niderland klubu ilə müqaviləsi cari mövsümün sonuna kimidir. O, Erediviziyanın cari mövsümündə PSV-nin heyətində 12 oyun keçirib və 3 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin