“Real” “Valensiya” ilə matçın baş hakimindən əl çəkmir

“Real” Lal Liqanın 27-ci turunun “Valensiya” ilə oyununun (2:2) hakimi Xesus Gil Mansanonun mümkün müvəqqəti cəzası ilə kifayətlənmir və təzyiqi artırmaq niyyətindədir.

Komanda.az “Marca” nəşrinə istinadən xəbər verir ki, “kral klubu” əmindir ki, “Valensiya” ilə matçda hakim nəinki səhvə yol verib, əksinə, bilərəkdən vəzifəsindən sui-istifadə edib.

Xəbərdə vurğulanır ki, “Real” rəhbərliyi hakim səhvlərini təhlil edən videoçarxların yaradılması ilə bağlı klubun televiziya siyasətini tam dəstəkləyir.

“Valensiya” ilə oyunun ikinci hissənin əlavə vaxtında, 90+9-cu dəqiqədə “Real”ın yarımmüdafiəçisi Çud Bellingem Brahim Diasın ötürməsindən qola imza atsa da, baş hakim Xesus Gil Mansano bunu hesaba almayaraq, matçı bitirib. Bundan sonra mediada Mansanonun müvəqqəti olaraq hakimlikdən uzaqlaşdırılacağı ilə bağlı xəbərlər yayılıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button