“Real” ingiltərəli futbolçunun transferinə hazırlaşır

“Kristal Pelas”ın müdafiəçisi Mark Quehi yaxın gələcəkdə “Real”a keçə bilər.

Komanda.az xəbər verir ki, bu barədə “Real Madrid Confidencial” məlumat yayıb.

“Kral klubu” İngiltərə təmsilçisinə təxminən 30 milyon avro dəyərində rəsmi təklif göndərməyə hazırlaşır və Quehinin yanvar transfer pəncərəsində komandaya qoşulması planlaşdırılır.

İngiltərəli futbolçunun“Kristal Pelas”la müqaviləsinin müddəti mövsümün sonunda başa çatacaq, amma “Real” gözləməyi planlaşdırmır.

25 yaşlı müdafiəçi cari mövsümdə 13 oyunda meydana çıxaraq, 1 qol vurub və 2 məhsuldar ötürmə verib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button