“Real”da təcili iclas oldu: Mbappeyə görə

“Real”ın hücumçusu Kilian Mbappe yenidən qalmaqala yaxalanıb. Onun son günlər boş vaxtlarını keçirdiyi İsveçdə zorlamada ittiham olunduğu barədə xəbərlər yayılıb.

Komanda.az “Transfer News Live”-ə istinadən xəbər verir ki, “Real” dünən təcili iclas keçirib. Madrid klubunun rəsmiləri Mbappenin ətrafında yaranmış vəziyyəti müzakirə ediblər.

25 yaşlı forvard bu yay “Real”a transferindən sonra yeni komandasının heyətində 11 oyun keçirib, 7 qol vurub və 1 məhsuldar ötürmə edib. Madridlilər hazırda La Liqanın turnir cədvəlində 2-ci yerdədirlər.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button