“Real”da koronavirusa yoluxan futbolçunun kimliyi bilindi
İspaniyanın “Real” klubunda koronavirusa yoluxan futbolçunun adı məlum olub.
Komanda.az xəbər verir ki, bu, Eder Militaodur. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Məlumatda bildirilir ki, futbolçunun dünən səhər verdiyi koronavirus testinin nəticəsi pozitiv olub. Militaodan başqa, bütün digər futbolçuların, məşqçilərin və işçilərin testləri neqativ nəticələnib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin