
“Real Sosyedad”la tarix yazan baş məşqçi komandadan ayrılır – Rəsmi
“Real Sosyedad”ın baş məşqçisi İmanol Alquasil mövsümün sonunda komandadan ayrılacaq.
Komanda.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Alquasil 2018-ci ildən bəri əsas komandaya rəhbərlik edir. Ondan əvvəl isə 7 il ərzində klubun ehtiyat və gənclər komandalarında məşqçilik edib. O, məşqçi kimi fəaliyyətindən öncə, futbolçu karyerasına da məhz bu klubda başlayıb və 1989-cu ildən etibarən “Real Sosyedad”ın heyətində 100-dən çox oyuna çıxıb.
Onun ən böyük uğurlarından biri 2019/20 mövsümünün sonunda klubla İspaniya kubokunu qazanması olub. Bu, “Real Sosyedad”ın 1987-ci ildən bəri əldə etdiyi ilk rəsmi titul idi.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin