
“Real Sosyedad” da başlayır
İspaniyanın “Real Sosyedad” klubu məşqlərə başlayır.
Komanda.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Məlumatda, klubun koronavirus pandemiyası səbəbiylə dayandırılan məşqləri aprelin 14-dən bərpa edəcəyi bildirilib. Klub, məşqə qatılmağın məcburi olmadığını, eyni zamanda, məşqlərin toplu halda keçirilməyəcəyini bildirib. Məşq zamanı lazımi qaydalara əməl ediləcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin