Subimendi “Liverpul”a keçməkdən imtinasının səbəbini açıqlayıb
“Real Sosyedad“ın yarımmüdafiəçisi Martin Subimendi yayda “Liverpul”a keçməkdən imtina edib.
Komanda.az “Marca”-ya istinadən xəbər verir ki, ispaniyalı futbolçu bu qərarını belə şərh edib:
“Dostlarım açıq şəkildə deyirlər ki, verdiyim istənilən qərar ən yaxşısı olacaq. Heç bir təzyiq yoxdur. “Real Sosyedad” mənim həyatımdır. Düşünürəm ki, ömrümün yarısını orada keçirmişəm. “Real Sosyedad”ın bir hissəsi olan bir çox şey mənim də həyatımın bir hissəsidir”.
Subimendi bütün karyerasını “Real Sosyedad”da keçirib. O, İspaniya klubunda 192 rəsmi oyun keçirib, 9 qol vurub və 7 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin