“Real Sosyedad” İngiltərə klubunun təklifini rədd edib
“Real Sosyedad” “Arsenal”ın yarımmüdafiəçisi Mikel Merinonun transferi ilə bağlı son təklifini rədd edib.
Komanda.az “The Guardian”-a istinadən xəbər verir ki, alınan imtinaya baxmayaraq, “topçular” təslim olmaq niyyətində deyil.
“Arsenal”ın səbirli davranmaq niyyətində olduğu bildirilir. London klubu dərhal “Real Sosyedad”ın mövqeyini yoxlamaq üçün yeni bir təkliflə qayıtmayacaq.
Merinonun özü Mikel Artetanın komandasına qoşulmağa açıqdır. “Real Sosyedad” daha əvvəl ispaniyalı futbolçuya görə 40-50 milyon avro təzminat tələb etmişdi.
28 yaşlı yarımmüdafiəçi daha əvvəl “Nyukasl”ın heyətində İngiltərə Premyer Liqasında çıxış edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin