
“Real”ın Salah istəyi
“Real” “Liverpul”un hücumçusu Məhəmməd Salah üçün iddialılar siyahısına qoşulub.
Komanda.az “Fichajes”-ə istinadən xəbər verir ki, “qırmızılar”ın rəhbərliyi Salahla müqavilənin uzadılması ilə bağlı hələ də razılığa gələ bilməyib. 32 yaşlı futbolçunun hazırkı müqaviləsi 2025-ci ilin ortalarında başa çatacaq. Salahın özü gələcək haqqında danışarkən, cari mövsümün onun “Liverpul”da sonuncu ola biləcəyini dəfələrlə açıqlayıb.
“Kral klubu” 2025-ci ilin yayında misirli hücumçunun transferini ciddi şəkildə nəzərdən keçirir. O, “Liverpul”la razılığa gələ bilməsə, “Real” onu öz sıralarına cəlb etməyə çalışacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin