
“Real” “Arsenal”a uduzdu, futbolçusuna göz dikdi
İngiltərə millisinin və “Arsenal”ın hücumameyilli yarımmüdafiəçisi Bukayo Saka İspaniya klubunun diqqətini çəkib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “Real” 23 yaşlı cinah oyunçusunu heyətinə qatmaq istəyir. Madrid klubunun rəhbərliyi Sakanın UEFA Çempionlar Liqasının 1/4 final matçlarındakı çıxışına heyran qalıb.
Sakanın İngiltərə klubu ilə müqaviləsi 2027-ci ilin ortalarına qədərdir.
“Real” Çempionlar Liqasında iki görüşdə “Arsenal”a 1:5 hesabı ilə uduzaraq, turnirdən kənarlaşdırılıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin