“Real”ın Kroosla bağlı istəyi

“Real”ın yarımmüdafiəçisi Toni Kroos klubla 2024-cü ilin yayında başa çatacaq müqaviləsini uzadıb-uzatmayacağı barədə hələ də rəhbərliyə məlumat verməyib.

Komanda.az “Football Espana”-ya istinadən xəbər verir ki, 34 yaşlı almaniyalı futbolçunun müqaviləni uzatmaq şansının olduğu bildirilir.

“Kral klubu”nun rəhbərliyi onunla yeni müqaviləni yüksək qiymətləndirir. “Real” rəhbərliyi Kroosu daha bir mövsüm saxlaya biləcəklərinə inanır.

Kroos 2014-cü ildən “kral klubu”nda çıxış edir. O, bu müddət ərzində bütün turnirlərdə 455 matçda iştirak edib, 28 qol vurub, 96 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button