
“Real” almaniyalı futbolçuya yeni müqavilə təklif edəcək
“Real” müdafiəçisi Antonio Rüdigerlə hazırkı müqaviləni uzatmağa ümid edir.
Komanda.az “Marca”-ya istinadən xəbər verir ki, “kral klubu” almaniyalı futbolçuya 2028-ci ilə qədər olan müqavilə təklif etmək istəyir. Hazırkı müqavilənin müddəti 2026-cı ilin yayında bitəcək.
31 yaşlı müdafiəçi 2022-ci ildən “Real”da çıxış edir. O, əvvəllər “Çelsi”, “Roma” və “Ştutqart”ın rənglərini qoruyub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin