“Real” rekorda imza atıb

“Real” futbol dünyasında daha bir rekorda imza atıb.

Komanda.az “kral klubu”nun rəsmi saytına istinadən xəbər verir ki, ötən mövsümün sonunda Madrid nəhənginin gəlirinin 1,073 milyard avro təşkil etdiyini bildirib ki, bu da 2022/23 mövsümü ilə müqayisədə 27 faiz çoxdur. “Real”ın xalis mənfəətinin 16 milyon avro olduğu, klubun aktivlərinin dəyərinin isə 574 milyon avroya yüksəldiyi dəqiqləşir.

“Real” ötən mövsümün sonunda La Liqa, İspaniya superkuboku və Çempionlar Liqasının qalibi olub.

İspaniya çempionatının yeni mövsümü avqustun 15-də başlayacaq. Madridlilər ilk turda səfərdə “Malyorka” ilə qarşılaşacaq (18 avqust).

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button