
“Real” qorxulu komandadır” – Sabiq futbolçu
“Milan”ın sabiq müdafiəçisi Kafu “Real”ın bu mövsümdəki çıxışı ilə bağlı fikirlərini bölüşüb.
Komanda.az “Marca”-ya istinadən xəbər verir ki, braziliyalı keçmiş futbolçu “Real”ın qorxulu komanda olduğunu söyləyib:
“Real” qorxulu komandadır. Bu klub hər şeyi öz əlində saxlamağı sevir. Onlar UEFA Çempionlar Liqasından kənarlaşsalar da, rəqiblərinin qorxusu heç vaxt yox olmayacaq. Bu, “Real”dır. Əminəm ki, gələn mövsümdə komanda öz maksimumunu göstərəcək”.
“Real” Çempionlar Liqasının cari mövsümündə 1/4 finalda “Arsenal”a iki oyunun nəticəsində 1:5 hesabı ilə məğlub olaraq, mübarizəni dayandırıb. Ancaq Karlo Ançelottinin komandası hələ də La Liqada və İspaniya kubokunda çempionluq şanslarını saxlayır.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin