
“Real” “qızıl top”un sahibinin transferini nəzərdən keçirir
“Real” “Mançester Siti”nin və İspaniya millisinin yarımmüdafiəçisi Rodrini almaq variantını nəzərdən keçirir.
Komanda.az “Bild”-ə istinadən xəbər verir ki, ispaniyalı futbolçunun özü komandasını dəyişməyi planlaşdırmır.
Rodri cari mövsümdə cəmi üç oyun keçirib ki, bu matçlarda da qol vura bilməyib. O, ciddi zədə səbəbindən demək olar ki, bütün mövsümü buraxıb və sağalmağa davam edir.
28 yaşlı oyunçu İspaniya millisi ilə Avropa çempionu və hazırda sonuncu “qızıl top” mükafatının qalibidir. Onun “şəhərlilər”lə müqaviləsinin müddəti 30 iyun 2027-ci ilə qədərdir və transfer dəyəri 130 milyon avrodur.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



