İspaniyalı futbolçu “Real”ı tərk edə bilər – Qışda

”Real”ın yarımmüdafiəçisi Dani Sebalyos qış transfer pəncərəsində Madrid klubunu tərk edə bilər.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, ispaniyalı futbolçu daha çox oyun praktikası əldə etmək istəyir və “Real” yarımmüdafiədə böyük rəqabətə görə buna zəmanət verə bilməz. Sebalyos bu baxımdan klubunu dəyişmək barədə düşünür.

La Liqanın digər təmsilçisi “Sevilya” yarımmüdafiəçi üçün iddialı sayılır. Klub keçən yay Sebalyosu transfer etmək istəsə də, “Real” onu buraxmayıb.

28 yaşlı futbolçunun Madrid klubu ilə 2027-ci ilin iyunun sonuna qədər olan müqaviləsi var.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button