“Real” onu icarəyə verməyə hazırdır

“Real”ın hücumçusu Endrik qış transfer pəncərəsində komandadan ayrılmağa hazırdır. 19 yaşlı futbolçunun icarə əsasında başqa kluba keçidi gözlənilir.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, transferlə bağlı danışıqlar artıq başlayıb.

Endrik qarşıdakı dünya çempionatı öncəsi daha çox oyun praktikasına malik olmaq istəyir. “Real” rəhbərliyi də bu arzunu anlayışla qarşılayaraq, onun icarəyə buraxılmasına razıdır.

Braziliyalı futbolçu hələ ki, cari mövsümdə “Real”ın heyətində meydana çıxmayıb. Onun son oyunu mayın 18-də, La Liqada “Sevilya”ya qarşı (2:0) olub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button