“Qarabağ”ın rəqibinin futbolçusu “Real”a keçə bilər – Qışda

Argentina millisinin və “Liverpul”un yarımmüdafiəçisi Aleksis Makallister karyerasını İspaniya La Liqasında davam etdirə bilər.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, 26 yaşlı futbolçunun xidmətində “Real” maraqlıdır.

“Kral klubu”nun Makallisteri artıq bu qış transfer pəncərəsində heyətinə qatmaq ehtimalı var. Tərəflər razılığa gələ bilməsə, transfer yayda baş tuta bilər.

Makallister 2023-cü ilin yayında “Liverpul”a keçib. Onun klubla müqaviləsinin müddəti 2028-ci ilin iyununun sonuna qədərdir.

“Liverpul” “Qarabağ”ın UEFA Çempionlar Liqasındakı rəqiblərindən biridir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button