“Real” qalib gələcək, bunu ürəyim və ağlım deyir” – Ferdinand

“Mançester Yunayted”in və İngiltərə millisinin sabiq müdafiəçisi Rio Ferdinand “Liverpul”la “Real” arasında keçiriləcək UEFA Çempionlar Liqasının final oyunu ilə bağlı gözləntilərini bölüşüb.

Komanda.az UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, keçmiş futbolçu “Real”ın qalib gələcəyini deyib:

“Məncə, “Real” qalib gələcək. Bunu ürəyim və ağlım mənə deyir. Düşünürəm ki, bu ad kuboka həkk olunacaq. Bütün pley-offlarda “Liverpul”a mərc etdim, amma onlar məni məhv etdilər, ona görə də, bu dəfə Madrid klubunu seçirəm. “Real” “Çelsi”, PSJ və “Mançester Siti”ni məğlub etdi. Və mən əmin idim ki, “Real” bu matçların hər birində udacaq. İndi mən yenə “Real”ı seçirəm.

“Real”ın qalib gəlməsi üçün Tibo Kurtua yaxşı oynamalıdır. Düşünürəm ki, bu, iki komanda arasında fərq olacaq. “Liverpul” “Real”ın qol vurmasına imkan verməyəcək. “Real” isə son anda qol vuracaq”.

Çempionlar Liqasının final oyunu bu gün keçiriləcək və saat 23:00-da başlayacaq.

Bizi Telegramda izləyin

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button