“Real” keçmiş futbolçusunu geri qaytarmaq istəyir

“Real” hazırda PSJ-də çıxış edən mərakeşli müdafiəçi Əşrəf Hakimini komandaya qaytarmağı düşünür.

Komanda.az xəbər verir ki, bu barədə “Todofichajes” nəşri məlumat yayıb.

Hakimi “kral klubu”nun yetirməsidir. Mərakeşli futbolçu Madriddə möhkəmlənə bilməyib və 2020-ci ildə Milan “İnter”inə gedib. O, 2021-ci ildən Paris nəhəngində oynayır.

Hakimi Fransa çempionatının cari mövsümündə 3 oyun keçirib, 1 qol vurub və 1 məhsuldar ötürmə edib. Onun PSJ ilə müqaviləsi 2026-cı ilin ortalarına qədərdir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button