Poqbanın “Real”a yolunu bağlayan 3 amil

“Mançester Yunayted”in futbolçusu Pol Poqba “Real”ın yay transfer dövründəki əsas hədəflərindən biridir.

Komanda.az xəbər verir ki, İspaniyanın “As” nəşri fransız yarımmüdafiəçinin Madrid təmsilçisinə keçidinə əngəl olan 3 amili açıqlayıb.

Bunlardan birincisi Poqbanın hazırda “Mançester Yunayted”dəki illik qazancıdır. 26 yaşlı yarımmüdafiəçi “qırmızı şeytanlar”da 17 milyon avro qazanır. Poqba “Real”dan da ən azı bu qədər məbləğ tələb etsə, o, “kral klubu”nun ən yüksək ödənişli futbolçusu olacaq. Ancaq bu, “Real”ın maliyyə strategiyasına uyğun olmadığı üçün keçid reallaşmaya bilər.

İkinci amil “Mançester Yunayted”dir. “Qırmızı şeytanlar”ın rəhbərliyi Poqbanı komandanın əsas üzvü olduğu üçün satmaq niyyətində deyil.

Üçüncü amil isə Poqbanın agenti Mino Rayolo ilə Madrid klubunun rəhbərliyinin əlaqələrinin pis olmasıdır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button