“Tottenhem”in 70 milyon avroluq təklifi qəbul edilməyib

“Komо”nun yarımmüdafiəçisi Nikolas Paz böyük ehtimalla, “Real”a qayıdacaq.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “kral klubu”nun rəhbərliyi “Komо”nun “Tottenhem”dən gələn 70 milyon avroluq təklifi rədd etməsində mühüm rol oynayıb.

Madridlilər Pazın “Komо”da qalmasına çox sevinib.

Gözlənilir ki, 20 yaşlı yarımmüdafiəçi 2026-cı ilin yayında “Real”a qayıdacaq. O, “Real”ın yetirməsidir və keçən il “Komо” tərəfindən 6 milyon avroya transfer olunub.

Argentinalı futbolçu son mövsümdə bütün turnirlərdə 37 oyuna çıxıb, 7 qol vurub və 10 məhsuldar ötürmə verib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button