
“Real” argentinalı futbolçunun transferi üçün çalışacaq
“Real” yay transfer dönəmində komandanın orta xəttini gücləndirməyi planlaşdırır.
Komanda.az “Siempre Con”-a istinadən xəbər verir ki, Argentina millisinin və “Çelsi”nin yarımmüdafiəçisi Enzo Fernandes “kral klubu”nun maraq dairəsindədir.
“Real”ın prezidenti Florentino Peres yayda 24 yaşlı futbolçunu transfer etməyi hədəfləyir. Fernandesin “Çelsi” ilə hazırkı müqaviləsinin müddəti 2032-ci ilin ortalarına qədərdir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



