
“Real” onunla yollarını ayıracaq
“Real” gələn il mərkəz müdafiəçisi Antonio Rüdigerlə yollarını ayıra bilər.
Komanda.az ESPN-ə istinadən xəbər verir ki, Madrid klubu artıq gələn yay almaniyalı futbolçunun transferini istisna etmir. Səudiyyə Ərəbistanı klubları oyunçuyla maraqlanmaqda davam edirlər.
32 yaşlı müdafiəçi yeni mövsümə yaxşı başlamayıb, növbəti dəfə zədə alıb və ilin sonuna kimi sıradan çıxıb.
Rüdigerin “Real”la müqaviləsi cari mövsümdən sonra başa çatacağı üçün komandadan azad agent kimi ayrıla bilər. O, 2022-ci ilin yayından Madrid klubunda çıxış edir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



