“Real” onunla razılaşdı: “İnter” istəyirdi
“Real” futbolçusu Luka Modriçin müqaviləsinin müddətini uzadacaq.
Komanda.az xəbər verir ki, bu barədə İspaniyanın “Marca” nəşri məlumat yayıb. Xəbərdə, “kral klubu”nun xorvat futbolçuyla müddəti 2021-ci ilin yayına kimi olan yeni sözləşmə imzalayacağı bildirilib.
2012-ci ildən “Real”da çıxış edən Modriçlə İtaliyanın “İnter” klubu yaxından maraqlanırdı.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin