“Real” müdafiəçisi ilə müqaviləni uzadır

“Real”ın müdafiəçisi Eder Militao tezliklə Madrid klubu ilə müqaviləsini uzadacaq. 

Komanda.az xəbər verir ki, bu barədə jurnalist Fabrizio Romano “tvitter” hesabında məlumat yayıb.

Onun sözlərinə görə, “kral klubu” braziliyalı ilə müqaviləni uzatmaq üçün sənədləri hazırlayır.

Yeni müqavilə 2028-ci ilə qədər qüvvədə olacaq. Artıq tərəflər müddətin uzadılması ilə bağlı şifahi razılığa gəliblər. Təzminat məbləği 1 milyard avro təşkil edəcək.

24 yaşlı müdafiəçi 2021/2022 mövsümündə “Real”ın heyətində 50 oyun keçirib, 2 qol vurub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button