
“Real” onun yaxşı gücləndirici olacağına inanır
Portuqaliya millisinin və “Mançester Siti”nin yarımmüdafiəçisi Bernardo Silva karyerasını İspaniya çempionatında davam etdirə bilər.
Komanda.az xəbər verir ki, bu barədə “Defensa Central” nəşri məlumat yayıb.
30 yaşlı futbolçunun xidmətində “Real” maraqlıdır. Onun “şəhərlilər”lə müqaviləsinin müddəti gələn mövsümün sonunda başa çatacaq. Madridlilər bu baxımdan portuqaliyalı futbolçunu münasib qiymətə transfer edə bilər. Madriddə Silvanın komandanın yarımmüdafiə xətti üçün yaxşı gücləndirici olacağına inanırlar.
Silva bu mövsüm 40 oyun keçirib, 3 qol vurub və 4 məhsuldar ötürmə edib. Onun dəyəri 45 milyon avro qiymətləndirilir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



