
“Real” “Liverpul”un müdafiəçisi üçün təklif hazırlayır
“Real” yay transfer dönəmində “Liverpul”un müdafiəçisi İbrahima Konateni heyətinə qatmaq niyyətindədir.
Daha əvvəl Madrid klubunun 26 yaşlı futbolçunu azad agent kimi transfer etmək istədiyi bildirilmişdi.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, buna baxmayaraq, “kral klubu” artıq “Liverpul”a 19-25 milyon avro aralığında rəsmi təklif hazırlayır.
İngiltərənin son çempionu isə Konatenin satışından 50 milyon avro qazanmaq istəyir.
“Real” təklifini artırmaq fikrində deyil. “Liverpul” bu yay fransalı futbolçunu satmaqdan imtina edərsə, növbəti il onu pulsuz itirmək riski ilə üz-üzə qalacaq. Çünki Konatenin özü karyerasını Madrid klubunda davam etdirmək niyyətindədir.
Konatenin “Liverpul”la müqaviləsinin müddəti 2026-cı ilin yayında başa çatacaq.
Bizi Facebook-da izləyin