“Real” MY ilə mübarizə aparacaq – 22 yaşlı futbolçu üçün

“Everton”un müdafiəçisi Cerrad Brantueyt “Real”a keçə bilər.

Komanda.az “Goal Planeta”-ya istinadən xəbər verir ki, “Mançester Yunayted” də 22 yaşlı futbolçunu uzun müddətdir ki, izləyir. “Qırmızı şeytanlar” yayda ingiltərəli oyunçu ilə müqavilə imzalamağa çalışsalar da, “Everton”la anlaşa bilməyiblər.

“Real” yaxın gələcəkdə Brantueyt üçün MY ilə rəqabət aparmağı planlaşdırır. Həmçinin, İngiltərə klubunun rəhbərliyi perspektivli oyunçunu öz sıralarına qatmaq üçün əlindən gələni edəcək.

“Transfermarkt”in ekspertləri Brantueytin dəyərini 42 milyon avro qiymətləndirir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button