“Real” onun üçün azı 10 təklifi rədd edib

“Real” hücumçusu Endriki komandada saxlamaq qərarına gəlib.

Komanda.az “Diario”-ya istinadən xəbər verir ki, Madrid klubu bu yay braziliyalı futbolçu üçün ən azı 10 icarə təklifini rədd edib. Bu təkliflərin altısı İspaniyadan, qalanları isə Fransa, İtaliya və Almaniyadan olub. “Real” bütün klublara hücumçunun heç yerə getmədiyini açıq şəkildə bildirib.

18 yaşlı futbolçu iyul ayında Madrid klubu ilə 6 illik müqavilə imzalayıb. “Real” Endrikin transferi üçün 47,5 milyon avro ödəyib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button