“Real” onun üçün 2 futbolçu+40 milyon avro təklif edir

“Real” “Mançester Siti”nin yarımmüdafiəçisi Rodrini transfer etmək istəyir.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “kral klubu” braziliyalı hücumçu Rodriqonu və yarımmüdafiəçi Eduardo Kamavinqanı müqaviləyə daxil etməyi düşünür.

Madridlilər, həmçinin, Xabi Alonsonun komandasında əsas fiqur kimi görünən “qızıl top”un son sahibini almaq üçün daha 40 milyon avro ödəməyə hazırdır.

İspaniyalı futbolçu ötən ilin sentyabrında çarpaz bağını qoparmış və uzun müddət yaşıl meydanlardan kənar qalmışdı. O, mayın 20-də, Premyer Liqanın 37-ci turunda “Bornmut”la oyunda cəmi 7 dəqiqə oynayaraq, meydana qayıdıb. Rodri Klublararası dünya çempionatında isə bütün matçlarda iştirak edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button