“Real”ın 4 milyon avroluq qənaəti

“River Pleyt”in yarımmüdafiəçisi Franko Mastantuono “Real”a 41 milyon avroya başa gələcək.

Əvvəlcədən gənc futbolçunun transferi üçün 45 milyon avro ödəniləcəyi gözlənilirdi. Ancaq La Liqa klubu razılaşmanı daha sərfəli şərtlərlə yekunlaşdırmağa nail olub.

Komanda.az “Marca”-ya istinadən xəbər verir ki, “kral klubu” Mastantuononun transferində 4 milyon avro qənaət edib. Bu güzəştin səbəbi isə argentinalı futbolçunun yaxınlaşan Klublararası dünya çempionatında “River Pleyt”in heyətində iştirak etməsinə icazə verilməsidir.

18 yaşını avqustda tamamlayacaq oyunçu turnirdə Argentina təmsilçisinin heyətində çıxış etdikdən sonra “Real”ın sıralarına qatılacaq.

Daha əvvəl baş məşqçisi Xabi Alonso da Mastantuononu Klublararası dünya çempionatında öz komandasının heyətində görmək istədiyini bildirmişdi.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button